Bilik bazası

Faydalı məlumatlar

Bərpa, məhsul seçimi və sifariş prosesi haqqında praktiki məqalələr — pasiyentlər və klinikalar üçün, üç bölmədə.

İmplantlar və ekspanderlər 4 məqalə İmplantlar və ekspanderlər Forma, həcm və proyeksiya seçimi; MESMO®, POLYsmoooth™ səthləri və B-Lite® yüngül gel; sertifikatlar, seriya nömrələri və əməliyyatdan sonrakı izləmə. Bölməyə keç → Cərrahi saplar və torlar 4 məqalə Cərrahi saplar və torlar USP ölçüləri, sorulan və sorulmayan materiallar, iynə növləri və əyriliyi, herniya torlarının seçimi və fiksasiyası. Bölməyə keç → Kompressiya geyimləri 5 məqalə Kompressiya geyimləri Ölçü seçimi, bərpanın I və II mərhələləri (video təlimatla), geyimə qulluq, lipödem və çapıq baxımı. Bölməyə keç →

Bu səhifədə məhsullarımızın seçimi ilə bağlı ən çox verilən sualları cavablandırırıq. Bölmələrin üzərinə klikləməklə onları açıb-bağlaya bilərsiniz. Məlumatlar maarifləndirici xarakter daşıyır və həkim məsləhətini əvəz etmir.

Kompressiya geyimi necə seçilir və nə vaxt geyinilir?

Əməliyyatdan sonrakı kompressiya geyimi ödemi azaldır, toxumaları sabitləyir və çapıqlaşmanı yaxşılaşdırır. Adətən iki mərhələ fərqləndirilir: I mərhələ (ilk həftələr) — daha güclü kompressiya, fasiləsiz geyim; II mərhələ (toxumalar sabitləşəndən sonra) — yüngül kompressiya, gündəlik istifadə. LIPOELASTIC çeşidində hər mərhələ üçün müvafiq modellər var.

Düzgün ölçü əsasdır: geyim bədənə sıx oturmalı, lakin ağrı, keyimə və ya qızarıqlıq yaratmamalıdır. Ölçünü əməliyyatdan əvvəl həkiminizin tövsiyəsi ilə seçin — kataloqda hər modelin ölçü və rəng variantları filtrlərlə tapılır. Neçə həftə və gündə neçə saat geyiniləcəyini həkim müəyyən edir.

İmplant formaları: yumru, yoxsa anatomik?

Yumru (round) implantlar — ən çox istifadə olunan formadır: yuxarı hissədə daha dolu görünüş verir, fırlanma (rotasiya) problemləri yaratmır və yerləşdirilməsi texniki cəhətdən daha sadədir. Estetik böyütmələrdə çox vaxt üstünlük verilir.

Anatomik (damla formalı) implantlar — təbii döş siluetini təkrarlayır: aşağı hissədə daha çox həcm, yuxarıda yumşaq keçid. Az toxumalı, arıq pasiyentlərdə və rekonstruksiyada daha təbii nəticə verə bilir; əvəzində dəqiq cib formalaşdırması tələb edir. POLYTECH hər iki formanı müxtəlif profil (proyeksiya) variantlarında təqdim edir — hansı formanın kimə uyğun olduğu cərrahın fərdi qərarıdır.

B-Lite® yüngül implantlar kimə uyğundur?

B-Lite® — adi silikon implantlardan 30%-ə qədər yüngül olan premium implantlardır. Çəkinin azalması toxumalara və dəriyə düşən uzunmüddətli yükü azaldır — bu da zamanla sallanma (ptoz) riskinin azalmasına töhfə verir.

Xüsusilə nəzərdən keçirilməli olduğu hallar: böyük həcmlər (çəki fərqi daha hiss olunandır), aktiv həyat tərzi və idman, toxuma zəifliyi və ya təkrar əməliyyatlar, uzunmüddətli nəticəyə xüsusi önəm verən pasiyentlər. Premium seqment məhsuludur — qiymət fərqini pasiyentlə müzakirə edərkən çəki və uzunmüddətli nəticə ilə bağlı arqumentlər əsas rol oynayır. Son seçim həmişə cərrahındır.

Hansı sap nə üçün istifadə olunur?

Poliqlaktin 910 (PETCRYL 910) — dünyada ən çox istifadə olunan sorulan sapdır: hörülmüş, orta müddətli sorulma. Yumşaq toxumaların birləşdirilməsi, ginekologiya, qarın cərrahiyyəsi, əzələ və dərialtı tikişlər üçün universal seçim. Rapid versiyası (sürətlə sorulan) selikli qişa və dəri tikişlərində — tikişin çıxarılması arzuolunmaz olan hallarda istifadə olunur.

Polidioksanon (PDO) (DURACRYL) — monofilament, uzunmüddətli sorulma: fassiya və qarın divarı kimi uzun dəstək tələb edən toxumalar üçün. Polipropilen — sorulmayan, daimi dəstək: herniya, damar anastomozları. İpək — klassik bağlama/liqatura sapı. DURABARB (tikanlı, düyünsüz) — düyün tələb etməyən fasiləsiz tikiş: laparoskopik və plastik cərrahiyyədə vaxt qazandırır.

İynə seçimi: növ, ölçü və əyrilik

Kəsici / tərs kəsici iynələr dəri və sərt toxumalar üçündür (tərs kəsici kənarların cırılma riskini azaldır). Deşici (taper) iynələr yumşaq toxumaları — bağırsaq, damar, əzələ — minimal zədə ilə keçir. Küt iynələr parenximatoz orqanlarda (qaraciyər, böyrək) və iynə batması riskini azaltmaq üçün istifadə olunur. Kəsici-deşici kombinə formalar sərt-yumşaq keçidlərdə işləyir.

Ümumi qayda: incə toxuma → nazik sap (4-0–6-0) və kiçik iynə; fassiya və dəri üçün 0–2-0 və daha böyük iynələr. Əyrilik: 3/8 dairə — səthi tikişlərdə rahat; 1/2 dairə — dərin və dar sahələrdə. Kataloq filtrləri məhz bu parametrlərlə işləyir: material, sap ölçüsü, iynə növü, uzunluğu və əyriliyi.

Sifariş, OTP təsdiqi, baxış və müvəqqəti saxlama necə işləyir?

Sifarişinizi sayt üzərindən və ya satıcı nümayəndəmiz vasitəsilə verin. Təsdiq üçün telefonunuza SMS ilə birdəfəlik kod (OTP) gəlir — kodu daxil etməklə sifarişi təsdiqləyirsiniz. Peşəkar müştərilər təsdiq səhifəsində hər məhsul üçün «indi ödə» və ya «müvəqqəti saxlama / sonra ödə» seçimini edirlər; müvəqqəti saxlamaya götürülən məhsullar üçün təhvil-təslim aktı tərtib olunur, istifadə olunanlar hesab-faktura ilə ödənilir, qalanları 2 ay ərzində qaytarılır. Bütün sənədlər şəxsi kabinetdə saxlanılır.

Sualınız qaldı?

Komandamız məhsul seçimi və sifariş üzrə kömək edir — yazın, cavablayaq.

Əlaqə saxla →